sizlər (sən və sizin kimilər, siz qadın-qızlar)

you women (girls) / your kind (lot, sort) / the likes of you ваша сестра (все вы, женщины)
sizlə əlləşməyə vaxtım yoxdur
…soğan başı deyil
OBASTAN VİKİ
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Zövcələr Və Qızlar
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Qızlar
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Zövcələr və qızlar (roman)
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Ağ Qızlar
Qara qızlar
Qara qızlar - türk və altay mifologiyasında şər ilahələri. Qaragızlar və ya Karakızlar da deyilir. Erlik Xanın qızlarıdırlar. Adları naməlumdur. Mənbəyi, quru, çılpaq, sürüşkən bir yerdə yaşayarlar. Vaxtlarını əylənərək keçirirlər. Göyə çıxan samanı azdırıb yolundan geri döndərməyə çalışırlar. Bəzən cinsiliklə əlaqədar və ya cinsilik ehtiva edən davranışlar olduqları izah edilər. Saçları qara ilana bənzər.
Qızlar Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Qızlar ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Qızlar bulağı
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur..
Qızlar qalası
Qızlar qalası — Qəbələ rayonunun Zalam kəndindən təxminən 3 km şərq tərəfdə, adğın üstündə, əlverişli coğrafi şəraitdə yerləşir. Qala güclü dağıntıya məruz qalmışdır. 1972-ci ildə qajada aparılan arxeoloji qazıntılar nəticəsində qala divarları, bürcləri və darvaza yeri tam aşkarlanmışdır. Dördkünclü biçimdə olan Qızlar qalasinin uzunluğu 16,5 metr, eni 15,7 metrdir. Qala divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 1,5 metrə qədərdir. Qalanın hər bir küncündə monolit dairəvi bürc, hər bir divarında isə yarımdairəvi kontrfors vardır. Bürclərin diametri 3,5 metr, kontrforsların diametri isə 1,5 metrdir. Darvaza qalanın cənub-qərb tərəfində yerləşir və eni 1,8 metrdir. Qalanın salamat qalmış qalıqları daşdan kirəc məhlulu ilə inşa olunmuşdur. Lakin ətrafa səpələnmiş 33 X 33 X 8 sm ölçüdə bişmiş kərpic nümunələrinin çoxluğu istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan verir.
Qızlar rayonu
Qızılyar rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasının rayonlarından biri. İnzibati mərkəzi Qızılyar şəhəridir (şəhər rayon ərazisindən müstəqil şəkildə idarə edilir və rayonun ümumi ərazisinə daxil deyildir). Rayonun ərazisi 3,116 kvadrat kilometrdir. 2002-ci ildə aparılmış siayahıya almaya əsasən Qızılyar rayonunun əhalisi (Qızılyar şəhərinin əhalisi sayılmadan) 57,748 nəfər, 2010-cu ilin siyahıyaalmasına əsasən isə 67,287 nəfərdir.
Qızlar təpəsi
Qızlar təpəsi — Qusar rayonu Qalacıq kəndindən 3 km. şimalda yerləşən, erkən orta əsrlərə aid qala tipli yaşayış yeridir. Təpənin kənarında, müdafiə divarları yanında dərin və enli xəndəyin izləri qalıb. Kəşfiyyat xarakterlı qazıntılar zamanı 1 metr qalınlığında mədəni qat müəyyənləşirilib. Həmçinin 2,1 metr qalınlığında çay daşlarından tikilmiş müdafiə divarlarının xımı da tapılıb. Arxeoloji materiallardan daş və sürtkəclər, açıq çəhrayı rəngli gil qablar və heyvan sümükləridir.
Zirvədəki Qızlar
Zirvədəki Qızlar (ing. Top Girls) - Karil Çörçill tərəfindən 1982-ildə yazılan dram. 1980 İngiltərəsindəki işləyən qadınların vəziyyətinə marksist və feminist reaksiya olan dramadır. Drama, Marlen adlı bir xarakter barədədir ki, bütün qadınların işdə müvəffəqiyyətlərin təmsil edən karier mərkəzli qadındır. Marlen uğur yoluna ayaq qoymaq üçün aztəminatlı həyatını və qeyri-qanuni uşağın bacısı Coysa buraxır.Drama müasirdir və cəmiyyətdə qadının rolu və müvəffəqiyyətli qadın olmaq mənasını araşdırır.Drama,bir baqqal qızı olan Marqaret Tetçer,məhz Böyük Britaniyanın ilk qadın baş naziri olduğu vaxt müəyyən edilir.
Cəsus qızlar
Cəsus qızlar (ing. Totally Spies!) — Vincent Chalvon-Demersay və David Michel tərəfindən yaradılmış, Fransa-Kanada studiyaları tərəfindən istehsal olunmuş anime bənzəri cizgi serialı. Serialda Beverli-Hillzdə yaşayan və Ümumdünya İnsan Mühafizəsi Təşkilatında (ÜİMT) məxfi cəsus kimi fəaliyyət göstərən üç qızdan bəhs edilir. Serialda ABŞ-nin Beverli-Hillz şəhərində yaşayan Sem, Klover və Aleks adlı üç yeniyetmə qızdan bəhs edilir. Onlar ÜİMT adlı bir təşkilatın məxfi cəsusları kimi gizli fəaliyyət göstərilər. Onların rəhbəri Cerri onları dünyada baş verən cinayətlərin üstünü açmaları üçün işə götürüb. Bunun üçün qızlar lateksdən hazırlanmış rəngli geyimlər geyinir və müxtəlif qacetlərdən istifadə edirlər. Onların əsas missiyaları qisas almaq istəyən və ya bir vaxtlar qızların hərəkətlərindən təsirləndikləri üçün problem yaradan cinayətkarları dayandırmaqdan ibarətdir. Bəzən bu bədxahlar qızların şəxsi həyatını da pozmağa çalışırlar. Cəsus həyatları ilə yanaşı, hekayə qızların orta məktəb və daha sonra universitet tələbələri kimi gündəlik həyatlarına da diqqət yetirir.
Yaramaz qızlar
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
E-qızlar və e-oğlanlar
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar(ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan, video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb. E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır. Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.
Zərifliklə sizin (film, 1941)
"Zərifliklə sizin" (ing. Affectionately Yours) — 1941-ci ildə istehsal olunan rejissor Lloyd Beykonun komediya melodramı. Evli müxbirin işi onu bütün dünyanı səyahət etməyə məcbur edir, bu da ona yerli qadınlara rast gəlməyə imkan yaradır. Amma Lissabonda növbəti intriqa zamanı o, xəbəri alır ki, onun arvadı başqa kişini tapıb və ondan ayrılmaq istəyir. Nikahını xilas etmək üçün o, təlaşlı halda ABŞ-yə geri yönəlir, amma Lisabonlu qız vəziyyətdən istifadə etməyə qərar verib müxbirin ardınca gedir.
Kişi və qadın (film, 1966)
"Kişi və qadın" (fr. Un homme et une femme) — rejissor Klod Leluşun filmi. Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi. Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.
Professor Marston və Ecazkar qadın
Professor Marston və Ecazkar qadın (ing. Professor Marston and the Wonder Women) — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmidir. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır. Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüserliyini etmişlər. Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb.
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Görünməz qadın
Görünməz qadın (ing. Invisible Woman) — Marvel Comics tərəfindən 1961-ci ildə yaradılan super qəhrəman personajı. İlk dəfə 1961-ci ilin iyununda "Fantastik dördlük" komiksinin ilk sayında peyda olmuşdur. Görünməz qadın 1961-ci ildə Sten Li və Cek Körbi tərəfindən Fantastik Dördlüyün qurucu üzvlərindən biri kimi yaradılır. Lakin yaradıldığı zaman sadəcə görünməzlik gücünə sahib idi. Bu sonradan dəyişəcək, personaja yeni güclər əlavə olunacaqdı. O dövrün komiks dünyasında sadəcə görünməz olmaq yetərsiz kimi görünürdü. Həm də Sten Li orijinal fikri bu gücü klassik şəkildə işləmək idi, yəni personaj görünməz olmaq üçün paltarları da çıxarmalı idi. Amma bunun bir az erotik görsənəcəyini düşünən Sten Li fikrini dəyişdirərək məsələni Suzanın xüsusi paltarı ilə həll edir. Sadəcə görünməz olmaq personajın digər komanda yoldaşları arasında sönük və passiv qalmasına səbəb olur.
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Pişik-qadın